KİTÇ ÜSLUBU
Kitç interyerdə ən qeyri-adi üslublardan biridir. Bu üslubda əsasən xarici görünüşün ekstravaqantlığına diqqət yetirilir. Bu üslubda interyer hamısının qarışığıdır, yəni məşhur üslublar, parlaq rənglər və bahalı materialların imitasiyaları. Alman dilində "kitsch"-" pis dad" kimi adlansa da, bu üslubun öz yeri var. Fərqli (bəzən uyğun gəlməyən) rənglərin, aksesuarların, materiallarin və interyer əşyaların birləşməsi kitç üslubunu unikal edir. Bu üslubda bəzədilmiş bir evdə yaşamaq üçün yalnız qətiyyət və müstəqillik deyil, həm də psixoloji sabitlik lazımdır. Ümumiyyətlə, bu üslub gözəllik deyil, orijinallığı təcəssüm etdirir. Məsələn, insanların çoxu mənzilində antik dizayna üstünlük verir lakin kitç üslubuna uyğun olaraq siradan bir mənzildə antik sütunlar ğörə bilərik. Yəni kitç başqalarından fərqli olan və özünü yaxşı hiss edəcəyiniz parlaq bir üslubdur.