KLASSİK ÜSLUBU
Klassik üslubu tələbatlı hesab edilir. Keyfiyyətli ağac növündən (albalı, kareliya ağcaqayın, qoz) hazırlanmış bahalı mebellər, dəbdəbəli parçalar klassikliyin göstəricisidir. Ümumiyyətlə, klassik lütv və rifahın stilizasiyasıdır. Müasir trend ənənəvi klassikadan bir qədər fərqlənir, lakin iteryerdə klassik dizaynın əsasını qoruyur. Dekorativ formaların kiçik detalları klassikaya xasdır. Bu incə qapı tutacaqlarında, şkaflarda və qol dayamalarında oyma olan böyük cəbhələrdə özünü göstərir. Mebellər müxtəlif növ ağaclarla, təbbi daşdan, fil sümüyündən naxışlarla, gül və bürünc örtüklərlə bəzədilir. Klassik interyerdə mebellər zəngin və zərif olmalıdır. Balustradlar, qrifonlar klassik üslubun xarakterik xüsusiyyətlərindən biridir. Hazırda süni parçalardan istifadə olunsa da, əsasən klassik interyerdə təbii parçalar və müxtəlif motivlı qobelenlır yer tutur. Səviyyəli aksesuarlar, qiymətli farfor, güzgülər, əsərlər, şamdanlar, çini məhsullar, divarda dekorativ lövhələr və. s antik motivlər də bu üslubda xüsusi yer tutur. Klassik üslubda ag, bej, qızıl, sarı, bişmiş torpaq, zeytun əsas rəng çalarlarıdır. İnteryerdə klassik üslubu unversaldır və illərdir aktual olaraq qalır.