MİNİMALİZM ÜSLUBU
İnteryerdə minimalizm üslubuna tez-tez rast gəlmək olur. Minimalizm artıq uzun müddətdir dəbli üslublardan biri hesab olunur. Sadə üslub olmağına baxmayaraq mənzili daha zövqlü və gözəl edir. Bu üslubun yaranması harmoniyaya böyük əhəmiyyət verən Yaponiyaya aiddir. Dəbdəbəsiz, çox funksional və sadə. Bu üslubda təbii işıqlanmaya çox üstünlük verilir, yəni məkanda böyük açıq pəncərələrin olması məqsədəuyğundur. Minimalızm jalüz pərdələri (məsələn, bambuk) inkar etmir. Minimalizim üslubunun əsas xüsusiyyətləri: mümkün qədər boş sahə, simmetrik, aydın və proropsional xəttlər. Bu üslubda interyeri ağ boz, qara, bej, gümüş, yaşıl, sarı, qırmıızı və.s kimi parlaq rənglərlə tamamlamaq olar. Divarlar palıd, armud tozağacı kimi ağaclardan hazırlanmış panellər, döşəmə üçün isə parket və linolium seçimi düzgündür. Yəni, minimalizm üslubunda olan interyer dizayn minimum prinsipi nəzərdə tutur. Minimum detallar, dekorasiya, rənglər və əşyalar. Bu interyerdə qarışıqlıq olmur, hər əşyanın mahiyyəti dərk edilir və insana ilham verir.