ROKOKO ÜSLUBU
Rokoko XVII əsrdə yaranmış memarlıq və incəsənət üslubudur. Ağır Barokko ilə müqayisədə rokoko daha yumşaq və zərifdir. Rokoko adı Barokko və Rokayl sözlərinin birləşməsi nətıcəsində yaranıb. Əvvəl rokoko üslubu yalnız interyer dizayn üçün hazırlanmış və tətbiq edilmiş, daha sonra memarlığa doğru istiqamət almışdır. Üslubda əsas element arabesklər və müxtəlif qıvrımlardır. Onlara parça üzlüklərində və divar kağızlarında da rast gəlmək olur. Burada güllərə xüsusi diqqət yetirilir. Rokoko üslubunda olan buketlər interyerin ayrılmaz hissəsidir. Orxideya, sünbül, zanbaq kimi müxtəlif güllərdən istifadə olunur. Barokkodan fərqli olaraq rokoko üslubunda olan mebellər daha zərifdir. Əsl əl işi eleqant və zərif mebellər bu üslubun əvəzolumazı hesab edilir. Qızılı, ağ, postel və torpaq rəngləri kimi açıq rəng paıitrası bu üslubda əsas çalarlardır. Lakin mavi-qızılı, açıq yaşıl və solğun çəhrayı, bej və qızılı birləşmələrdən də çox istifadə olunur. O dövrdə sarayların iç dekorasiyası və mebelləri rokoko üsubunu əks etdirirdi. Rokoko interyeri mürəkkəb əyrilərdən və bükmələrdən, qabiq və bitki şəklində bəzəklərdən, zərli güzgülər, oval formalı otaqlardan ibarətdir. Hündür tavan və divarlar zərif, əyri ornamentlərlə zənginləşdirildiyinə gorə daha cəlbedici görünür. Rəsm əsərləri ilə zəngin olan bu üsluba dəbdəbəli villalarda və saraylarda rast gəlmək olar. Rokoko dövründə rəsm əsərlərinin qəhrəmanları Venera, Diana, Apolon, Amur və Pərilər idi. Ümumiyyətlə, rokoko üslubu yuxarı siniflər arasında cazibədar, ürəkaçan və cavabsız, melanxolik məhəbbət mövzuları ilə xarakterizə olunur.