BİDERMAYER ÜSLUBU
Bidermayer (Bidermeier) 1810-cu ildə yaranmışdır və isti, rahat üslubdur. Bu üslub ilkin olaraq Avstriya və Almaniyada yayılmağa başlamışdır. Bidermayer burjuaziya üslubudur. Bidermayer çox praktik üslubdur və onun üçün dəbdəbəli mebel, bahalı dekor, tekstil və s. tələb olunmur. Mebellər isə sadə və rahatdı. İllərlə üslub bəzı dəyişikliklər edərək çoxfunksiyalı mebel ideyasını irəli sürmüşdür. Yenilikləri dəstəkləyən bidermayer üslubunda sürüşmə masaları, stullar nərdivanlara çevrildi. Bidermayer üslubunda zərli çərçivələrdə rəsm əsərləri tələb olnmur, nazik çərçivələrdə qobelenlər uyğundur. Divarlar ağ və naxışlı (güllər, quşlar) divar kağızları ilə örtülür. Bidermayer üslublu mebel parçası kifayət qədər parlaq və rəngarəng zolaqlı olur. Bu üslubda əl işləri üstünlük təşkil edir; bunlara toxumalar, saxta əşyalar, sandıqçalar və başqalarını ğöstərmək olar. Çiçəklər ev rahatlığının göstəricisidir. Bidermayer üsubunu ev bitkiləri olmadan təsəvvür etmək mümkün deyil.