QOTİK ÜSLUBU
Qotik üslubu XII əsrin ortalarında Fransada yaranıb. Sen-Deni abbatlığının kilsəsi qotika üslubunda ilk tikili sayılır. Qotik binanın hər bir detalı tağlar, mil şəkilli uca qüllələr, sütunlar, əlvan şüşəli pencərələr sanki səmaya çatmağa can atır. Qotik incəsənətinin an vacib hissəsi abstract (həndəsi) və naturalist (bitki aləmi) növləridir. Qotiki möhtəşəm və eyni zamanda vahimə yaradan üslub adlandırırlar: binaların pərvazlarını (karnizlər) və daş divarlarını qarqulya, əjdahalar bəzəyir. Fransanın ən uca qotik kilsəsi olan Reymsin divarlarını qoyun, qaban, əjdaha və qrifi xatırladan qarqulyalara bəzəyir. Bununla yanaşı sivri uclu yarpaqlar, budaqlar, tikanlı qızılgüllər, yırtıcı quşlar və göyərçınlər də yer alır. Qotik üslubunda bəzədilən məbədlərin nəinki xarıcı, həmçinin daxili belə cəlbedicidr. Belə məbədlərin bəziləri muzey kimi fəaliyyət göstərir. Əsrlər boyu bu məbədlərdə müqəddəs əşyalar saxlanilir və böyuk sərvət toplanıb. Qotik üslublu interyerlərdə daş, mərmər və ağaclardan istifadə olunurdu. Orta əsr bənnaları qotik məbədləri tələsmədən ucaldıblar. Buna görə bəzi binaların tikintisi on illər deyil, yüz illər çəkib. Qotik üslubda ən tanınmış abidələr Paris Notrdam kilsəsi (Fransa), Köln kilsəsi (Almaniya), Vestminster abbatlığının kilsəsi (İngiltərə), Müqəddəs Vita kilsəsı (Çexiya), Milan kilsəsi və.s. Qotik üslubda rəng çalarlarının böyük rolu var. Bu üslublu interyerdə qırmızı, gümüşü və qızılı çaların qarışığı ilə qəhvəyi, mavi və yaşıl rənglərdən istifadə olunur.