
MƏRAKEŞ ÜSLUBU
İnteryerdə mərakeş üslubu bir çox avropa ölkələrində geniş yayılmışdır. Mərakeş ölkəsi kimi, onun etnik dizaynı, fərqli mədəniyyətlərin qarışığı ilə yaranmış bu üslub dünyanın hər yerində dizayner və dekoratorların diqqətini cəlb edir. Mərakeş üslubu ərəb, Afrika və Aralıq dənizi motivlərinin birləşməsidir. İnteryerdə mərakeş istiqamətini digər üslublardan fərqləndirən cəhət mebelin alcaq və geniş olması, döşəmələrin, xalçaların, mebel örtüklərin, tavanların xarakterik şərq naxışı ilə bəzədilməsi, rənglərin və materialların teksturasının cəsarətli qarışığı, enerjili rəng birləşmələri, divarda dekorativ rəflər, qapılar, arka (tağlar) və lanset pəncərələrin olmasıdır. Klassik olaraq qırmızı və qızılın birləşməsi tanınır. Tekstil dekor elementlərinin bolluğu mərakeş daxili üslubunun əsas xüsusiyyətidir. Coxlu sayda yastıqlar, parlaq pərdələr və çardaqların olması xoş qarşılanır. Adi düzbucaqlı qapılar bu üsluba yaddır. Burada məscid silueti formasına üstünlük verilir. Mərakeş üslubunda döşəmələrə ənənəvi olaraq mozaika işlənir. Döşəmə üçün keramik plitələr, parket lövhələri və laminantdan istifadə olunur. İnteryerdə hər bir detal düşünülməlıdir. Mərakeş üslubunda bir neçə ışıqlandırma növləri mövcuddur. Bunlara hind qəfəsi nümunəsinə uyğun lampalar, şar fomatlı və torlu abajurlar, rəngli şüşə lampaları aid etmək olar. Bunlarla yanaşı gümüş və qızıl örtüklü variantlar da mövcuddur. Bu üslubda dekorativ element kimi portret və heykəltaraşlıq xoş qarşılanmır. Lakin gildən hazırlanmış əşyalar, bir çox əl işi detalları qəbul olunur. Şərq üslubunda hazırlanmış heykəlciklər, vazalar, güzgülərin otaqda olması vacibdir.