
NEOKLASSİK ÜSLUB
Neoklassik üslub klassizm və müasirlik elementləri özündə birləşdirərək XX əsrin sonunda geniş istifadə olunmağa başlamışdır. Neoklassik interyerdə Yunanıstan və Roma mədəniyyətinin çöx elementlərindən istifadə olunur. Bu üslubun ən çox tanınan elelmentləri İon, Korinf və Dor sütunlarıdır. Neoklassik üslub sadəlik və lüksün birləşməsidir. Bu üslubda dekorasiyadan çox funksionallıq və rahatlığa üstünlük verilir. Yeni klassik üslub öz universallığı ilə seçilir. Demək olar ki, istənilən binanın və ya sahənin interyerində tətbiq edilə bilər. Neoklassik üslubun əsas xüsusiyyətləri interyerdə simmetriya, düz, dəqiq xəttlərin, proposiyaların olması, dekorasiya üçün isə bahalı və nəcib bəzək materialların istifadəsi, qızıl və bürünc detallı çalarlardır. Dizaynerlər neoklassik üslubda mənzillərin interyerində tekstilə xüsusi diqqət yetirirlər. Atlas, məxmər, ipək, kətan və başqa bahalı təbii materiallar bura daxildir. Bu üslubda işıqlandırma əsas yer tutur. İşıqlandırma üçün girintili və asma işıqlar, həcmli və dəbdəbəli çılçıraqlardan istifadə olunur. Dekor və aksesuarlardan minimal miqdarda istifadə olunur. Məsələn, antik heykəllər, vazalar, rəsmlər, güzgülər. Neoklassik üslubda mebel əşyaları ənənəvi xüsusiyyətlərə malikdir, məsələn əyri ayaqlı stullar və oval formalı oturacaqlar, kreslolar oymalar, şkaflar isə şüşə əlavələrdən ibarətdir. Bu üslubda ücüz mebeldən istifadə olunmur. Döşəmələr üçün isə müxtəlif ağac növlərindən palisandr və yaxud palıddan istifadə olunur, lakin ağacı təqlid edən keramikadan da istifadə etmək olar. Bu üslubda laminant və parket örtüklü döşəmə də mükəmməl görünüş verir. Rəng palitrası isə pastel, bej, qəhvəyi, yaşıl, narıncı, tünd qırmızı, rənglərdən ibarətdir. Neoklassik üslubunun çatışmayan tərəfi bahalı olmasıdr.