POP-ART ÜSLUBU
Pop-art üslubu İlk dəfə ABŞ-da tətbiq olumağa başlandı. İnteryerdə pop-art üslubu emosional və enerjilidir. Buna görə də bu üslub daim hərəkətdə və yaşamağa hazır olan gənclərə xüsusilə yaxındır. Bu üslubun interyer dizaynı ölkələrdə cox tez yayıldı və yaradıcı mühitdə çox geniş əks-səda tapdı. Pop-art üslubun əsas xüsusiyyətləri rəng sxeminin kontrastı, uyğun olmayan rənglər, divarda, yastıqlarda afişalar, portretlər, yazılar, komikslər; illuziya yaratmağa kömək edən neon və rəngli lampalar; minimum mebel və qarderob, mebeldə, divarda dekorativ elementlərdə müxtəlif çapların və naxlşların təkrarlanmasıdır. Dizaynerlər qeyri-yaşayış sahələrini bəzəyərkən daha tez-tez pop-art üslubuna müraciət edirlər. Bu üslub əsasən gənclər klubu, sərgilər və qalereyalar, yaradıcı insanlar üçün barlar və restoranların dizaynında istifadə olunur. Pop-art üslubunda rəng sxemi fərqlı ola bilər. Dizaynerlərin divarlar və döşəmələr üçün sevimli rəngləri ağ və qaradır. Tavanlar üçün arxa işıqları olan asma strukturlardan istifadə edilir. Divarlar isə foto divar kağızı, parlaq boya, çaplı materiallarla bəzədilir. Bu üslub əsasən gənclərə ünvanlanan bir istiqamətdir, ona görə də əsas yeri cəlbedici rənglərə, cəsarətli birləşmələrə, qeyri-stardart həllərə verir.