HAY-TEK ÜSLUBU
Hay-Tek (ingiliscə Hi-Tech-yüksək texnologiyalar) 80-cı illərdə cox geniş yayılmış yüksək texnologiyalı memarlıq üslubudur. Bu üslub yüksək texnologiyanın və memarlığın birləşməsini əks etdirən "Hi-Tech" kitabının nəşrindən sonra beynəlxalq üslub hesab edildi. Hay-Тek üslubunda ilk tikili yüksək texnoloji strukturlardan biri olan Richard Rodcers və Renso Piano tərəfindən həyata keçirilən Pompidu Mərkəzidir (1977 Paris). İlkin olaraq bu tikili heç də yaxşı qarşılanmadı, lakin 1990-cı illərdə mübahisələr səngidikdən sonra bu mərkəz Parisin görkəmlı binalardan biri oldu. Hay-Tek üslubu 1980-cı illərdə artıq üstün və bahalı istiqamətlərdən biri hesab olunur. Düz xətlərin və sadə fiqurların olması, sənaye konstruksiyaları və mobil arakəsmələrdən istifadə, sınmayan şüşə olan böyük məkanların bölgüsünə yenidən planlaşdırmaya funksional zona üçün şərait yaradır. Üslubun vacib xüsusiyyətlərindən biri də materialın estetikasının təbliği, metal, şüşə, beton, ağac və plastikdən, boru və pilləkəndən istifadədir. Bu üslub əsasən gənclər tərəfindən çox istifadəli sayılır. Müasir materiallardan istifadə, ənənəvi mebel, elektronika, xromlanmış borular, mühəndis avadanlığını əks etdirən konstruksiyalar, abstrakt fiqurlar, həndəsi xəttlər, yüksəktexnologiyalı innovativ materialların quraşdırıldığı mebellər, açıq tonlarda hamar divarlar, ağ, bej, açıq boz rənglərda boyalar, minimum bəzək istifadəsi hay-tek üslubunu əks etdirir. Hay-Tek üslubunda əv vacib dizayn elementi işıqlandırmadır. İşıqlandırma əlverişli işıqda istifadə olunan materialların toxumasını vurğulamalıdır. İşıq nə qədər çox olarsa metal, şüşə parıldayaraq unikal məkan aurasını yaradacaq Iampa bütün interyerə uyğun olmalıdır, eynu materialdan hazırlanmalıdır. Yüksək texnologiyalı lampalar müxtəlif formaları, bəzən tamamilə fantastik və dizaynların qəribəliyi ilə seçilir.