EKO ÜSLUBU
Eko üslubu son dovrlər interyerdə geniş tətbiq olunur və ekoloji, natural üslub adlandırılır. Bu üslubda interyerdə təbiətlə təmas təəsüratı yaradacaq və fərahlıq hiss etdirəcək təbii materiallardan istifadə olunur. Eko dizayn insanların yaşayış yerlərində təbii mühiti yenidən yaratmaq cəhdidir. Agac, gil, daş, şüşə, təbii materiallardan hazırlanmış parçalar bu üslubun əsas elementlərindən biridir. Rəng çalarlarına solğun yaşıl, solğ;un mavi, od, su, dağ, ağac, torpaq, bej, qəhvəyi, ağ, qara, incə pasteli aid etmək olar. Eko dizaynın əcdadları Skandinaviya dizaynerləri hesab olunur. Onlar maddı və innovativ formanın təbiiliyini birləşdirməyə əsas yaradıblar, yapon ənənçiləridir. Müsbət enerjisi, istirahəti təşviq edən, sağlamlığa və həyat düzgünlüyünə diqqət yetirdiyinə görə interyerdə eko dizayn tez bir zamanda öz pərəstişkarlarını tapdı. Bu üslub müasir mənzillərdə populyarlıq qazanmağa davam edir. Eko üslublu interyerdə hər şey təbii materiallardan hazırlanır. Bu üslubda otaq yaxşı işıqlandırılmalıdır. Böyük pəncərə və şüşələnmiş qış bağları da bu üsluba xarakterikdi. Burada enerjiyə qənaət məqsədilə flüoresan lampalardan da istifadə etmək olar Bitkilər bu üslubun əvəzedilməz elementidir. Çiçək naxışlı yastıqlar bu üsluba uyğundur. Divarlar ağacdan düzəldilmiş panellərlə, rəngli daşlarla, adi divar kagızı və ya ağ suvaqla işlədilir. Tavanda isə sadə ağartma və ağacdan düzəlmiş panel yer alır. Dekorda müxtəlıf hörmə səbətlər, sandıqçalar, ağac və daşdan olan aksesuarlardan istifadə etmək olar.