
AVANQARD ÜSLUBU
Avanqard üslubu XX əsrin əvvəllərində incəsənətdən interyerə keşid etdi. Bu üslub interyer dizaynda ən parlaq istiqamətlərdən sayılır və qeyri-standart tərtıbat nəzərdə tutur. Avanqard parlaq və casarətli istiqamətdir. Əsasən, parlaq rəngləri sevən, çılgın dəyişikliklərə və təcrübələrə hazır olan qətiyyətli, impulsiv insanlar bu üsluba meyllidirlər. Bu üslubu əsasən, ag-qara, qlrmızı-qara, parlaq sarı və ag, ag-qırmızı və b. qeyri-adi rəng birləşmələri yer tutur. Bəzək və dekorda ən yeni materiallardan, dəbli müasir audio-video texnikadan istifadə olunur. Divarlar tərtıb olunarkən döşəmə, divan və ya mebel ilə zidd olması vacibdir. Avanqard üslub tamamilə həndəsədir, yəni düzbucaqlar, kvadratlar, dairələr.Tavan üçün ciddi tələblər yoxdur. Döşəmə və divarlar ziddiyyət təşkil etməlidir. Tavanın eyni rəngdə dekor etmək vacib deyil, rəng kombin oluna bilər. Avanqard üslubda işıqlandırma cihazları orijinal forma və rənglərin kontrast birləşmələri ilə fərqlənir. Göstərİlənlərdən məlum olur ki, bu yenilikçi istiqamətdə ən müasir materiallardan, məişət cihazlarından, qeyri-adi mebellərdən istifadə olunur, yəni bu üslubda interyer dizayn edərkən qeyri-standart həllər prinsipinə riayət edilməlıdir.
