
BAROKKO ÜSLUBU
Barokko üslubu intibah dövrünün tənəzzülündən sonra inkişaf etməyə başlamışdır. Barokko üslubu memarlığın, həmçinin musiqi və incəsənətin digər növlərinin şişirdilmiş növüdür. Bu üslubda dərin kontrastlar, əyri xətlərdən istifadə edilir. Barokko XVII əsrdə Romada yaranmıdır. Daha sonra İtaliya, Fransa, Portuqaliya və İspaniyada yayılmağa başladı. Barokko qotika üslubundan sonrakı dövrü əhatə edir. Bu üslubda olan interyer formalarının zərif, mürəkkəb və dəbdəbəli dekorasiyası ilə seçilir. Dəbdəbəli interyer bütün lazımi detalları seçməklə yaradılır və əsl kral mənzilinə bənzəyir. Digər üslublarda belə zərif və mürəkkəb lüks tapmaq mümkün deyil. Yalnız belə üslub yaratmaq heş də asan deyil. İnteryerin bahalı görünməsı üçün o, bahalı olmalıdır.Yəni, dekorasiya üçün yüksək keyfiyyətli təbii materiallardan istifadə olunur, məsələn mahogany. Tavanlar əl işi və stükko qəliblərlə bəzədilir. Divar bəzəklərində də stükko qəlibləri və freskolara rast gəlinir. Bu üslubda mebelin böyük rolu var. Gözəl döngələr, çiçəkli formalar, mürəkkəb oymalar və toxunmalar barokko mebelləri üçün xarakterikdir. Dekor üçün isə daşlarla bəzədilmiş sandıqçalar, zərgərlik əşyalarının saxlanması üçün qutular, gümüş əşyalar, rəsm əsərləri və.s. Rəng çalarlarına ağ, krem, bej, karamel, tünd qırmızı, gəhvəyi, mavi aiddir.