
MİSİR ORNAMENTLƏRİ
Misir incəsənətinin butün sahələrində ornament və xəttatlıq (harmonik və incə zövqlə tərtibat) geniş tətbiq edilirdi. Qeyd etdiyimiz kimi ornamentlər həndəsi xarakter daşıyır. Həndəsi ornamentlər riyazi qanunauyğunluqla qurulmuş ele təsvirdir ki, onlar estetik zövq verməklə yanaşı müəyyən məna daşıyır. Tədqiqatçılar bitkilərə dair ornamentin bünövrəsini qədim misirə aid olduğunu iddia edirlər. Bu ornamentin elementləri hələ qədim zamanlardan həndəsi formata çevrilib. İllər keçdikcə mücərrəd həndəsi naxışina bitki və heyvan motivləri də əlavə olunmuşdur. Misir ornamentlərində dini inanclar və əsasını həyatın gercəkliklərdən alan ətraf aləm təsvir olunur. Misir ornamentində hər bir element gizli məna daşıyır. Ornamentdə aloyenin təsvirindən istifadə edirdilər, quraqlığa davamlı olan bu bitki o dünyadakı həyatı simvolizə edirdi. Qədim Misir ornamentinə su bitkiləri- papirus, qamış, zambaq daxil olurdu. Ağaclardan xurma və hindqozu palmaları, akasiya, yulgun, göyəm, perseya (Osirus ağacı), tut ağacı xüsusi qiymətləndirilirdi və onlar, əbədi məhsuldar həyat ağacını təcəssüm edirdilər. Dekora isə yarpaqlardan, üzüm tənəklərindən, xurma salxımlarından, ağac qabığının qırıntılarından və s. ibarət olan əklillər daxil edilirdi. Misirlilər düz, sınıq, dalğavarı xətlər, damalı naxış, şəbəkə, nöqtələr və digər həndəsi ornamentdən də istifadə edirdilər. Misir dekoru ciddi, zərif təvazökarlığa malikdir.
Орнаменты потолков. Фиванских Некрополь
Орнаменты потолков. Мемфис и фивы