ASSURİYA-BABİL ORNAMENTLƏRİ
Assuriya-babil ornamentinin inkişafında qədim misir sənətinin böyuk rolu var. Assuriya-babil memarlıq strukturlarında və tətbiqi sənətində ornament həndəsi xarakter daşıyır. Bunlara bitkiləri, xüsusilə şam qozalarını, nar, fantastik heyvanları və balıqları aid etmək olar. Ən çöx yayılmış müqəddəs ananas ağacının meyvəsi və emblematik fiqur insan başlı qanadlı öküz təsviridir. Eramızdan əvvəl İV minilliyə aid keramik qablarda iri əyribuynuzlu dağ qoyunları motivləri həkk olunurdu. Bəzən keramikada üçbucaq, dama taxta nümunəsı, dairələr, dalğavari xəttlər, insan fiquru, müxtəlif canlıları üçbucaq və düzbucaqlı formasına salan həndəsi motivləri yer alırdı. Saraydaxili divarlar tez-tez relyefli plitələrlə əvəz edilirdi. Relyef və rəsmlərin süjetləri mifoloji, ritual, hərbi səhnələr, heyvanlar aləmi, bitki, agac və dekorativ-ornamental, xüsusən həndəsi motivlərdən ibarət idi. Arxitekturada rənglərin rolu böyük idi. Binaların fasadlarında, heykəltaraşlıq relyeflərində parlaq, təzadlı rənglərdən ocher, narıncı, qara, ag, qırmızı rənglərdən istifadə edilirdi. Ümumiyyətlə, Assuriya-babil ornamentinin bir çox formaları yunanlar tərəfindən mənimsənmiş və yenidən işlənmişdir. Romb və digər həndəsi fiqurlar ərəb, mavr ornamentinə keçid aldı.