İNGİLİS ÜSLUBU
İngilis üslubu möhtəşəm zovqün təcəssümüdür. Bu üslub hər zaman incəlik və mühafizəkarlığı ilə fərqlənir. Vaxtilə bu üslubu yalnız varlı tabəqə mənzilində həyata keçirə bilərdi. Lakin hazırda bu üslub hamı üçün əlçatandır. İngilis üslublu interyeri ağcaqayın, palıd, qoz kimi təbii ağaclardan hazırlanmış təbii materiallarla xarakterizə olunur. Ümumiyyətlə, 20-ci əsrin ingilis üslubu klassizmlə bənzərliyi var. İngilis üslubu interyerdə (Viktoriya adı da mövcuddur) sərt hesab edilsə də üstünlüklərə malikdir və dekora xüsusi yer verir. Dekorda antik heykəlciklər, qutular, rəsmlər, güzgülər, kitablardan istifadə olunur. İngilis üslublu interyerdə kitabxananın olması mütləqdir. Ciddi konturlarda, təmkinli rənglərdə və çox sayda dekorativ elementlər, zəriflik, üslub hissi və yaxşı zövq vəhdət təşkil edir. İnteryerin xarakterik xüsusiyyəti müxtəlif toxuculuq məhsullarıdır, məxmər, atlas, jakarlı üzlük və pərdələr. Bir rəngli kətanlar XVII-XIX əsrlərə aid çozhecalı toxunmuş naxışlarla birləşdirilir. Divar kagızları və toxuculuq bir-birini tamamlamalıdır: yastıqlar və stullar pərdələrə bənzər bir parça ilə örtülməli, zolaq və dairə motivlərinə də müraciət etmək olar. Keramik kafel və taxta panellər bəzək elementidir. Qonaq otagında kamin vacibdir. Rəng palitrası ısə bej, solgun limon, isti qəhvəyi, zümrüd, badımcanın soyuq rəngi və b. çalarlarla zəngindir.