RETRO ÜSLUBU
Retro üslubu çöx rəngarəngdir. Bu üslub yaradıcı və romantik insanlar, eləcə də antik dövrün biliciləri tərəfindən bəyənilir. Antik mebel-retro üslubun göstərıcısıdir. Bu üslubun rəng sxemı bataqlıq yaşıl, mavi və boz çalarlardır. Retro interyeri kohnə mebel ilə təchiz etmək əlçatmaz olduğu zaman yeni mebel alaraq onu süni yolla köhnə hala gətirmək mümkündür. Retro üslublu interyer dedikdə köhnə əşyalar, məsələn, tikiş maşını masası, kənarı hörülmüş və taxta güzgü çəçıvələri, tül pərdələr, kristal çılçıraqlar, qəhvə masaları, döşəmə örtükləri, disk telefonlar, hündür ayaqlı döşəmə lampaları və abajurlar, divar xalçaları, seçilmiş dövrlərin məşhurlarının şəkilləri, o dövrün ağ-qara televizoru, radio maqnitofonu və. digər avadanlıqlar göz onundə canlanır. Müasir dövrdə isə bu üslub audio-video avadanliq, müxtəlif işıqlanmalar, ağacdan tavan ortüyu, divarların tərtibatı parça divar kağızı və rənglənmə ilə həyata keçirilir, lakin mebel mütləq köhnə olmalıdır. Müasir retro üslubunu yaglı boyalarla trafaret vasitəsilə müxtəlif naxışlarla bəzədilməsi dəbdədir.