YUNAN ORNAMENTLƏRİ
Yunan ornament sənəti mükəmməlliyi ilə hələ də insanların maragına səbəb olur. Bu ornamentlərdən zərgərlik, vaza, geyim və binaların dekorasiyasında istifadə olunub .Yunan ornamenti misir, assuriya və finikiyanin əsas xüsusiyyətlərini özündə birləşdirir. Şaquli, üfüqi xəttlər və düz bucaqların birləşməsi nəticəsində yunanlar mükəmməl nəticə əldə etmişlər. Bu ornamentlərı parça üzərində dekor edərkən qırmızı, yaşıl, mavi, qəhvəyi, bənövşəyi, qızıllı rənglərdən istifadə edilmişdir. Cubuq şəkılli ornamentlər, döşəməni bəzəyən mozaika kompozisiyaları şəklində motivlər yunan dini və ictimai binalarının interyer dizaynında xüsusi yer tuturdu. Yunan ustaları mebellərin aşagı hissəsində hər hansı heyvanın ayaq va dırnaqları, yarpaq və qu quşunun qanadları kimi elementlərə xüsusi diqqət yetirirdilər. Hazırda yunanlar milli mədəniyyət nümunəsi kimi bu ornamentləri suvenirlərə həkk etdirirlər. Belə ornamentlərə meandr, spiral, akant, palmetta və başqalarıni aid etmək olar. Yunan interyerlərinin xarakterik xüsusiyyəti əzəmətli sadəlikdir.