KANTRİ ÜSLUBU
Kantri (Country) üslubu asanlıq, yüngüllük və ənənəvi sadəlik anlayışı verən bir tendensiyadır. Bu üslub kənd həyatını xatırladan ev mühiti və rahatlıqdır, yəni şəhərin səs-küyündən uzaq bağ evləri. Məhz bu zaman country üslubu dövrəyə girir. Kantri üslubunda ekoloji cəhətdən təmiz xammal çox vacibdir. Çox zaman dizaynerlər transformasiya texnikasından istifadə edərək köhnə mebelləri yeni country üslubuna tətbiq edirlər. Kantri üslubu daha bahalı və ucuz xüsusıyyətlərə malikdir. Kantri üslubunda bahalı interyer-təbii ağac, nəhəng soba və kamindir (şomine). Ən vacib atribut ağacdan geniş pilləkənlər, taxtadan döşəmə lovhələri, hörmə mebel. Ucuz inyeryer isə sadə pərdələr, təbii rənglı divar kağızları (az zolaqlı, kiçik çiçəkli də olar), döşəmə taxta effektlı parket və təbiətı xatırladan müxtəlif dekor. Kantri üslubuna uyğun dekorlar hörmə zənbillər, süfrələr, agır və yaxud adı pərdələr, çiçək vazaları, saxta şamdanlar, çılçıraqlar, taxta qutular, sandıq. Rəng çalarlarına isə təbiətə uyğun olan yaşıl, bej, qəhvəyı, sarı aiddir.