
LOFT ÜSLUBU
Loft XX-XXI əsrin memarlıq və müasir şəhər həyatının ən müasir üslubudur. Fabrikləri və sexləri ev kimi bəzəməklə ortaya çıxan bu üslub gənclərin sevimlisidir. Yuksək tavanlar və otaqların bir arada olduğu memarlıq üslubu loft adlanır. Üslubda ən çox diqqət çəkən xüsusiyyət metal və taxta detalların vəhdətidir. Hündür və geniş ərazini təmsil edən bu üslub üçün mebel və aksesuar seçimi olduqca əhəmiyyətlidir. Bu tip məkanlarda böyuk divanlar, döşəmədən tavana kimi uzanan kitabxana və divarda modern tablo elementlərindən istifadə cox aktualdır. Loft üslubunda ümumilikdə rənglərin soyuq çalarlarından (metal, mavi və.s) istifadə olunur. Loft rəng palitrasının fərqli xüsusiyyəti, fərqli rəngdən meydana gələn; məsələn 4 divardan biri başqa, eyni otaqda 3 divar kərpicdir və birinin metal plasterlə örtülməsidir. Mebellərin istehsalında metal və metalın alt hissəsələrindən, taxta mebellərdə isə parlaq və qaranlıq rəng tonlarından istifadə olunur. Loft mebelləri adətən, sadə və funksionaldır. Mebel əsasən otaqlar arasında bölüşdürmə (divar) kimi yerləşdirilir, yəni ərazini ayrı-ayrı hissələrə bölür. Loft üslubunda pilləkən, müxtəlif borular, ventilyasiya sistemləri və digər qurğular xüsusi yer tutur. Tül və pərdələr olmadan pəncərələr mümkün qədər geniş və yüksək olmalıdır. Bu xüsusiyyət daxili işıqlandırma üçün lazımdır. Süni işıqlandırma asılı cıhazlar olaraq istifadə olunur.