
ART- NUVO ÜSLUBU
Art-Nuvo (Art Nouveau) yeni incəsənət deməkdi. Bu üslubun xarakterik xüsusiyyətləri tovuz quşu lələkləri şəklində bəzək, dalğalı xəttlər, mürəkkəb konturlar, dırmaşan bitkilər, ləkəli süsə, formaların assimetriyası, çiçək ornamentləri və.s. Vitraj sənətkarlıqdan rəngli şüşə və mozaik şüşə rəsmləri art-nuvo üslubunun başqa bir xüsusiyyətidir. Art-Nuvo üslubunun elementləri XIX əsrin sonlarında memarlar, sənətçılər və dizaynerlər arasında böyük populyarlıq əldə etmişdir. 1900-cu ildə Fransada keçirilən Dünya Sərgisində art-nuvo üslubu dünya şöhrəti qazandı. Art-Nuvo üslubunda evlər təbii gözəllik və funksionallıgı birləşdirdi. Hər hansı retro üslub kimi art-nuvo halogenlər və LED-lərlə birləşdirilmir. İşıqlandıırma səmimi olmalıdır: onun mənbələri tutqun kolgələr, abajurlar, mürəkkəb divar lampaları, zambaqlar və qu quşlarının boyunları şəklində döşəmə lampaları və əfsanəvi Tiffany lampalarıdır. Art-Nuvo üslubunda interyer dizayn zeytun, qum və bataqlıq otu çalarlarının daxıl edilməsı ilə bej-qəhvəyi rəng, ag, qızıl, gümüş, bürünc rəng çalarları istifadə edilir.

